Yaponiyada vulkan 250 il sonra püskürdü

yaponiyada-vulkan-250-il-sonra-puskurdu
Oxunma sayı: 855

Yaponiyanın Miyazaki bölgəsində yerləşən 1300 metr hündürlüyündəki İvo dağında vulkan püskürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin vulkan 1768-ci ildən sonra ilk dəfə fəaliyyətə keçib.

Vulkan lavasından çıxan kül 300 metr məsafəyə qədər qalxıb.

Təbii hadisə nəticəsində böyük qaya parçaları da ətraf ərazilərə dağılıb. Bölgəyə yaxın ərazilərdə yaşayan əhaliyə mümkün risklərə qarşı xəbərdarlıq edilib.

Qeyd edək ki, Yaponiyada hazırda 110 aktiv vulkan var.