Yəmədə silahlı qarşıdurma davam edir, ölən və yaralananlar var

yemede-silahli-qarsidurma-davam-edir-olen-ve-yaralananlar-var
Oxunma sayı: 789

Yəmənin cənubundakı Ədən şəhərində silahlı qarşıdurma davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SABA agentliyi məlumat yayıb.

Səhiyyə Nazirliyi yaydığı hesabatda son 3 gündə 23 nəfərin ölüdüyünü, daha 315 nəfərin isə yaralandığını bildirib.

Yaralıların vəziyyətinn ağır olduğu, ölənlərin arasında hərbçilərlə bərabər mülki şəxslərin də olduğu vurğulanıb.