Yeni Milli Meşə Proqramının ilkin müzakirəsi aparılır

yeni-milli-mese-proqraminin-ilkin-muzakiresi-aparilir
Oxunma sayı: 930

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərlə birgə Azərbaycanın yeni Milli Meşə Proqramının ilkin layihəsinin müzakirəsi aparılır.

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Departamentinin direktoru  Ağaqardaş Qaraşov bildirib. 

Onun sözlərinə görə, dialoq şəraitində keçirilən müzakirələrdə layihənin  prioritet istiqamətləri və fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılır. 

 "Nazirliyin rəsmisi 2020-2030-cu illəri əhatə edəcək Proqramın Azərbaycan meşələrinin davamlı idarə edilərək dayanıqlı inkişafına nail olunmasında, aydın və mütərəqqi idarəçilik planının hazırlanmasında böyük rolu olacağını da qeyd edib. 

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) nümayəndələri, Türkiyənin beynəlxalq ekspertləri, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və İDEA İctimai Birliyinin nümayəndələri iştirak edir.