Yevlaxda ağır yol qəzası - 1 ölü, 2 yaralı

yevlaxda-agir-yol-qezasi
Oxunma sayı: 1623

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Malbinəsi kəndi yaxınlığında qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobilinin “QAZEL” markalı yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar - 2001-ci il təvəllüdlü Qədirli Yusif Qaragöz oğlu və onun qardaşı, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu xəstəxanaya yerləşdiriliblər.

Dünyasını dəyişən şəxs isə 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğludur. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.