Zakir Fərəcov Təhsil şöbəsinin müdirindən başladı

zakir-ferecov-tehsil-sobesinin-mudirinden-basladi
Oxunma sayı: 10404

Bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirə keçirir.

“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, müşavirə zamanı Sumqayıt şəhər təhsilində vəziyyətin ürəkaçan olmadığı bildirilib. Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar: "Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq".

Onun yerinə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, "Əməkdar müəllim" Əhmədov Nizami Hüseyn oğlunun təyin olunacağı gözlənilir.

"Qafqazinfo" maraq üçün qeyd edir ki, Z. Fərəcovun uzun illər icra başçısı işlədiyi Abşeron rayonunda da təhsilin səviyyəsi o qədər də ürəkaçan olmayıb və rayon təhsil problemləri ilə bağlı həmişə medianın gündəmində olub.