Zəhərlənmə kartof festivalında olub?

zeherlenme-kartof-festivalinda-olub
Oxunma sayı: 1513

“Zəhərlənmənin kartof festivalında baş verməsi tamamilə yanlış informasiyadır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, zəhərləndiyi bildirilmiş şəxsləri müayinə edən həkimlə əlaqə saxlanılıb:

“Həkim bildirib ki, xəstələrdə qida zəhərlənməsi əlamətləri yoxdur, daha çox günvurma əlamətləri ola bilər. Tədbir dünən günorta saatlarında olub. Diyallı kəndi ərazisində kartof əkən və kartof çıxaran texnikanın nümayişinə həsr olunmuşdu.  Qida zəhərlənməsi olsaydı, həmin gün müraciət olunardı. Üzərindən 24 saat keçib. Bundan başqa, fəhlələrdən zəhərlənmə ilə bağlı hər hansı şikayət gəlməyib. Həmin şəxslər tədbirdən sonra da qida qəbul ediblər. Hazırda araşdırmalar aparılır.

Problemin nədən qaynaqlandığı müəyyənləşdiriləcək”.