Zelenski Prezident Administrasiyasının adını dəyişdi

zelenski-prezident-administrasiyasinin-adini-deyisdi
Oxunma sayı: 3541

Ukrayna prezidenti Vladimir Zelenski Prezident Admnisitrasiyasının adını dəyişib.

“Qafqazinfo” “112 Ukrayna”ya istinadən xəbər verir ki, bundan sonra administrasiya Prezident Ofisi adlandırılacaq. Zelenski işçilərin sayında da ixtisarlar aparıb və struktur dəyişikliyi edib. Ofisdə rəhbər, birinci müavin, müavinlər, Ofis aparatının rəhbəri, birinci köməkçi, prezident köməkçisi, müşavirlər, prezidentin mətbuat katibi, səlahiyyətli şəxslər və nümayəndələr olacaq.

Bundan başqa, Prezident Kabineti də təşkil ediləcək ki, burada da rəhbər, 10-dək direktorlar şurası və bir o qədər departamentlər fəaliyyət göstərəcək.

Qeyd edək ki, Zelenskinin əvvəlki Administrasiya binasından köçəcəyi, idarənin isə muzeyə çevriləcəyi deyilir.