“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin 2012-ci il üçün vahid idman təqvim planına əsasən təşkil edilən yarışlar 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında keçiriləcək.
Sərbəst güləş üzrə zona yarışları noyabrın 9-10-da Bakıda, Hovsan Olimpiya İdman Kompleksində, noyabrın 12-15-də Gəncə, İmişli və Balakən olimpiya idman komplekslərində aş tutacaq. Yunan-Roma güləşi üzrə zona yarışları isə Bakıda, Hövsan Olimpiya İdman Kompleksində noyabrın 7-8-də, Şəmkir və Sabirabad olimpiya idman komplekslərində noyabrın 16-19-da keçiriləcək.
Yarışlarda ümumilikdə 1200-dən çox yeniyetmə idmançının iştirakı gözlənilir.
Yarışların keçirilməsində əsas məqsəd yeniyetmələrin idman ustalıqlarının artırılması, ehtiyat qüvvənin hazırlanmasıdır.