Zukerberq 3,3 milyard dollar itirdi

zukerberq-33-milyard-dollar-itirdi
Oxunma sayı: 1744

“Facebook”un qurucusu Mark Zukerberq istifadəçilərin xəbər lentlərində olacaq dəyişiklikləri elan edəndən sonra 3,3 milyard dollar itirib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin səhmlərinin qiyməti 4% aşağı düşüb.

Bunun nəticəsində Zukerberqin 77,3 milyard dollarlıq sərvəti 74 milyard dollara düşüb. O, dünyanın ən varlı insanları reytinqində də 4-cü yerini itirib. İndi həmin yeri “Zara” brendinin sahibi Amansio Orteqa tutur. Onun sərvəti 76,2 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Zukerberq bundan sonra istifadəçilərin öz xəbər lentlərində dostlarının və yaxınlarının paylaşımlarını daha çox görəcəklərini elan etmişdi. Beləliklə şirkətlərin, brendlərin və KİV-lərin kontentlərinin görünüşü bir qədər məhdudlaşdırılacaq.