"Qafqazinfo" xəbər verir ki, məlumatı azadliq.info-ya vəkil Aslan İsmayılov verib. Aslan İsmayılova isə bu bəradə mərhumun qızları xəbər verib.
Təbrizli Nabrandakı bağ evində vəfat edib. Onun nədən öldüyü bilinməsə də, səhər yuxudan ayılmadığı deyilir.
Hazırda mərhumun cənazəsi Bakıya gətirilir.
***
“Qafqazinfo” Sirus Təbrizlinin tərcüməyi-halını təqdim edir:
Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub.Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Yeni Azərbaycan Partiyası sədr müavini işləyib. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2000-ci il noyabrın 5-də 13 saylı Nizami-Xətai seçki dairəsindən deputat seçilib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarına əsasən 1 dekabr 2000 -ci il tarixində Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri təyin olunub.
O, Azərbaycanın keçmiş mətbuat və informasiya naziri və YAP sədrinin müavini olub.
2 övladı var.
Qeyd edək ki, mərhum nazir Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının 2007-ci ilin martın 27-də keçirilən iclasında hakim partiyanın əleyhinə çıxışlar etdiyi üçün YAP-dan xaric edilib.
Son xəbərlər
Son Xəbərlər