“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Nobel” mükafatlı türkiyəli yazıçı Orxan Pamukun keçmiş erməni sevgilisi, rəssam Karolin Fişekçi rəsm əsərlərinin əksəriyyətinin məhz erotik olduğundan bunun insanlarda ikrah yaratdığını söyləyib.
“Tablolarım demək olar ki, erotikanı, cinsi əlaqələri əks etdirir. İnsanlar bunu normal qəbul etmirlər. Amma mən rəssamam, bu, mənim tərzimdir, məni belə qəbul etməlidirlər. Onu da deyim ki, mən hər kəsə rəsm əsərimi satmıram. Adətən ətrafımdakı insanlara əsərlərimi satıram. Lakin heç tanımadığımı insanlar da tablolarımı almaq istəyirlər. Hətta bir nəfər mənə sponsorluq etmək istəyirdi. Adını atama deyəndə mənə dedi ki, “qızım ondan uzaq dur, o kişi keçmiş “playboy”lardandı”.
Son xəbərlər
Son Xəbərlər