Aygün “ana”sına qovuşdu- - 20 il sonra +Video

aygun-anasina-qovusdu-
Oxunma sayı: 5578


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, onları “A-dan Z-yə” verilişi bir araya gətirib. 

Müğənninin müəllimi Elmira Geydarovna şagirdini onu ziyarət etməməkdə günahlandırıb:

“Aygün 20 ildir yanıma gəlmir. Gecələr onunla yuxuda danışmışam. Həmişə verilişlər istəyirdilər mən onun haqqında nələrsə danışım. Amma danışmamışam. Həsrətlə onu gözləyirəm. O, bilsin ki, həmişə onun arxasında olacam. O biri müğənnilər hər zaman efirlərdə "mən-mən" deyir. Aygündən heç vaxt belə söz eşitmədim. O mənim qızım kimidir, onun arxasındayam".

A.Kazımova isə müəlliməsi ilə bağlı bunları deyib:

“Elmira Geydərovna əvvəl qardaşımın müəlliməsi olub. Sonra mənim sinif müəlliməm oldu. O mənə bir ana olub. O, mənim üçün bütün müəllimlərin gözüdür. Mən ilk duetimi də məhz onunla oxumuşam".

Verilişdə A.Kazımova ilə bağlı daha maraqlı fakt ortaya çıxıb. Velə ki, xalq artistinin anası Fizzə xanımın seyid qızı olduğu deyilib. Müğənninin babasının dəfn olunduğu yer isə bu gün ziyarətgah, ocaqdır. 

Xəbəri təsdiqləyən A.Kazımova “Bəli, babamın dəfn olunduğ yer Seyidlər kəndidir. Bunu mənə yaxın olan insanlar bilir. Şou proqramlar bu kimi toxunulmaz mövzuları açmalı deyil. Bu şou proqramların mövzusu deyil, ona görə də heç vaxt açıqlamamışam”- deyə bildirib.