Cavab: Dəstəmaz almaq və həmişə dəstəmazlı olmaq öz-özlüyündə gözəl və müstəhəb işdir. Alınan dəstəmaz pozulmayınca etibarlı sayılır. Yəni insan dəstəmaz aldıqdan sonra, onu pozan hal baş verməyincə bu dəstəmazla istənilən qədər ibadət edə bilər. Amma bu zaman nəzərə almaq lazımdır ki, gərək dəstəmaz konkret bir namazı qılmaq üçün yox, ümumilikdə təharətli (pak) olmaq üçün alınmış olsun. Əks halda, məsələn, “sübh namazı üçün dəstəmaz alıram” niyyəti ilə dəstəmaz alan adam yalnız sübh namazını bu dəstəmazla qıla bilər, başqa namaz üçün yenidən dəstəmaz almalıdır. Amma “təharətli (pak) olmaq üçün dəstəmaz alıram” niyyəti etsə, bu dəstəmaz pozulana kimi istədiyi qədər ibadət edə bilər. Bunu da unutmayaq ki, hər namaz vaxtı üçün ayrıca dəstəmaz almaq, yəni dəstəmazı təzələmək müstəhəbdir.
islam.az
Son xəbərlər
Son Xəbərlər