Rabitə Nazirliyi gücləndirilmiş iş rejiminə keçdi- - Rəsmi

rabite-nazirliyi-guclendirilmis-is-rejimine-kecdi-
Oxunma sayı: 2443


“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet saytında məlumat yerləşdirilib. Xəbərdarlıqda bildirilir ki, son günlər cəbhədə yaranmış gərginlik “informasiya müharibəsi”ndə də özünü büruzə verir.
 
Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: “Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir”.
 
ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət etmək olar. Bu məqsədlə müraciət etmək üçün ETM-in “qaynar xətt”indən (1654), e-poçt  ünvanlarından (“[email protected]” və ya www.cert.az)  faydalana bilərsiniz”.