“Adamlar şalvarını dalına çəkib qaçıblar!”

-adamlar-salvarini-dalina-cekib-qaciblar
Oxunma sayı: 1943


Şəhriyarın ad gününə

Şəhriyar!

Eşit, gör nə deyirəm...

Tamamilə milli söhbət edəcəm...

Sənin bildiyin yox eee... saçının hər tükünnən hiss elədiyin sadə insanlardan!

Məsələn, Dədə Ələsgərdən...

O vaxtı da qaçqınlıq olub...

Adamlar, deyim gül, şalvarını dalına çəkib qaçıblar!

Dədə Ələsgər sazınnan gəlib.

Gəncəyə...

1905-07-ci illərdə...

Bir gün ermənilər –iraq üzünnən - barışıq vəd edir.

Dədə Ələsgər yoxmuş...

Aşıq Nəcəf qonşu kəndin adamlarını tanıyır axı...

Tələyə düşür...

Dədə Ələsgər arxasınca çağırır...

Getmə, getmə deyir!

Atlı göndərir...

Bəlkə də Aşıq Nəcəf eşidir...

Amma qayıtmır! 

Kürəyində samavar qalıyıllar!

Oxuya-oxuya yanır!

Yana-yana oxuyur!

Bunu sənin sevgi ruhlu şeirlərinə milli murdalıq qatmaq üçün demirəm.

Bunu ona görə deyirəm ki, getsən də, getməsən də kürəyində həmişə samavar yanacaq...

Bunu bil!

Səy.. Özüm kövrəldim lap... 

Ad günün mübürək!

Samavar... Yanmaq... Çağırmaq... Eşitməmək.. Bəlkə...

Əclaf, qızlar niyə səni sevir?!

Ok, ey, Şərif AG