Yaponiyanın ilk qadın Baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi hökumətin reytinqi son bir ayda artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Nəşrin sorğusuna əsasən, hazırda Takaiçi kabinetinin fəaliyyətini yaponların 69,6%-i dəstəkləyir.
Bildirilib ki, bu, bir ay ərzində 5% artım deməkdir. Sorğuda iştirak edənlərin 60,4%-i müdafiə xərclərinin artırılmasını dəstəklədiyini, 34,7%-nin isə bu ideyaya qarşı olduğu qeyd olunub.
Sorğu həftəsonu keçirilib, iştirakçıların sayı və digər detallarla bağlı məlumat açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər