Şəkidə 65 yaşlı kişi xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılaraq kəllə-beyin travması alıb.
Ağır xəsarət alan Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər