“10 milyon əhalinin hər biri sığortalanıb”

10-milyon-ehalinin-her-biri-sigortalanib
Oxunma sayı: 2046

“Bu gün Azərbaycanda 10 milyon əhalinin hər biri sığortalanıb. Hazırda Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb. Bu da o deməkdir ki, son bir neçə ildə zərf 3 dəfədən artıq yenilənib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Sədr bildirib ki, tibbi xidmətlərə əlçatanlıq hər zaman əsas məqsəddir: “Bu gün Agentlik 111-dən çox özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb”.

Z. Əliyev əlavə edib ki, Xidmətlər Zərfi ilə vətəndaşlara 100 milyondan çox xidmət göstərilib.

Gülnar Əliyeva