12 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş

12-yasli-sagird-ozunu-mekteb-binasindan-atdi
Oxunma sayı: 3103

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü M.N. bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

“Qafqazinfo” APA-ya istinadla xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində qız üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb. 

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.

M.N. hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.