15 yaşlı qızı ilə reklama çəkildi - Fotolar

15-yasli-qizi-ile-reklama-cekildi
Oxunma sayı: 3483

Ukraynaəsilli amerikalı aktrisa Mila Yovoviç 15 yaşlı qızı Ever Andersonla kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, onlar “Rodarte” brendinin reklam kampaniyasına çəkilib.

Fotoların müəllifi Darya Kobayaşi Riçdir.

Qeyd edək ki, E. Anderson M. Yovoviçin rejissor Pol Anderson Everlə nikahından dünyaya gəlib. O, anasının yolunu davam etdirir və artıq 15 yaşında uğurlu aktrisa və modeldir. Ever “Miu Miu” brendi ilə əməkdaşlıq edib, həmçinin “Piter Pen və Vendi” filmində baş rol ifaçısı olub.