150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaq - Fotolar

150-milyon-illik-dinozavr-skeleti-herraca-cixarilacaq
Oxunma sayı: 3325

Fransanın paytaxtı Parisdə 150 milyon illik dinozavr skeleti satışa çıxarılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, skelet oktyabrın 20-də hərracda satılacaq.

150 milyon il əvvəl yaşamış dinozavr 1990-cı illərin əvvəllərində ABŞ-nin Vayominq ştatında tapılıb.

Onu kəşf edən paleontoloq Barri Ceymsin adını daşıyan dinozavr skeletinin son dərəcə yaxşı qorunduğu deyilir və buna görə də hərracda 1,2 milyon avroya qədər qiymətə satılacağı gözlənilir.