Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər