19 yaşlı qızı ilə fotosessiya etdirdi

19-yasli-qizi-ile-fotosessiya-etdirdi
Oxunma sayı: 4293

Almaniyalı supermodel və aktrisa Haydi Klum 19 yaşlı model qızı Leni ilə “Super” jurnalı üçün kamera qarşısına keçiblər.

“Qafqazinfo” xəbər verir ki, fotoqraf Riçard Avedona pozlar verən ana-bala bir neçə obraz dəyişiblər.

Məşhur simalar jurnalın üz qabığında yer alıblar.

Qeyd edək ki, bu, onların ilk fotosessiyası deyil. Onlar daha əvvəl brendlərdən biri üçün kamera qarşısına keçmişdi.

Leni supermodelin böyük qızıdır. Onun bioloji atası italiyalı biznesmen Flavio Britatoredir. Klum ondan qızı anadan olmamışdan əvvəl ayrılıb. Nəticədə Lenini müğənni Sil övladlığa götürüb və tərbiyə edib. Leni karyerasına hələ üç il əvvəl başlayıb, ilk dəfə “Glamour” jurnalının Almaniya versiyasının üz qabığında yer alıb.