“2050-ci ilə qədər istixana qazları 50 faiz azalmalıdır”

2050-ci-ile-qeder-istixana-qazlari-50-faiz-azalmalidir
Oxunma sayı: 1080

“COVID-19 insanların enerjiyə olan əlçatanlığını azaldıb. İqlim dəyişmələri isə bu məsələni daha çox ağırlaşdırıb və acınacaqlı vəziyyət yaranıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun "Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması" panelində çıxışı zamanı Enerji Proqramları Bürosunun idarəçilik və şəffaflıq ofisinin rəhbəri Meri Varlik deyib. 

O bildirib ki, dünyanın indiki mənzərəsi nəzərdən keçirilsə, burada vəziyyətin ürəkaçan olmadığı görünər: “Dünyada vəziyyət çox da nikbin görünmür. Enerji istehsalı zamanı istixana qazları sıfırlanmalıdır. Hindistan kimi ölkələrdə bu vacib ssenaridir. 2050-ci ilə qədər ABŞ, Avropa İttifaqı və dünyanın qalan yerlərində istixana qazları 50 faizə qədər azalmalıdır”.

Gülnar Əliyeva