“23 İsrail hərbi maşını vurulub” - Qəssam Briqadaları

23-israil-herbi-masini-vurulub
Oxunma sayı: 2118

Qəzza zolağının şimal və cənubundakı münaqişə zonalarında İsrailə məxsus 23 hərbi maşın vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarına məxsus teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, həmçinin, Qəssam snayperləri 6 israillini öldürüb, 25-ni isə yaralayıb. 

Qeyd edək ki, İsrail dövlət televiziyası olan KAN-da yayımlanan xəbərdə Qəzzadan İsrailin cənubundakı Birussebi şəhərinə doğru 10 raket atıldığı bildirilib.