Ötən il 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısı alınıb.
Bu barədə “Qafqazinfo”ya Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.
Bildirilib ki, eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.
Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.
Qurumdan bildirilib ki, vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırılmanın təmin edilməsi məqsədilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər