4 gündür davam edən sərgi bu gün başa çatır - Fotolar

4-gundur-davam-eden-sergi-bu-gun-basa-catir
Oxunma sayı: 1519

Mayın 12-dən Muzey Mərkəzinin rəsm qalereyasında "PALMALI" şirkətlər qrupunun dəstəyi ilə rəssam Əbülfəz Fərəcoğlunun fərdi sərgisi keçirilir.

"Qafqazinfo" xəbər verir ki, sərgidə rəssamın 16 qrafik və 91 rəsm əsəri nümayiş olunur. 

Sərginin açılışında Əbülfəz Fərəcoğlunun sənət dostları, eləcə də yaradıcılığına yaxından bələd olan ziyarət iştirak edib. Məlumat verilib ki, qrafika və rəngkarlıq üslubunda işləyən Ə. Fərəcoğlunun əsərləri özünün unikal palitrası və təkrarolunmaz üslubu ilə seçilir.

Onun əsərlərində daha çox qırmızı, ağ və mavi zəngin müxtəlif çalarlarına üstünlük verməsi də iştirakçılarda maraq doğurub. Buna aydınlıq gətirən rəssam deyib ki, onun üçün rəngin özü deyil, ifadə etdiyi əsrarəngiz məna önəmlidir: "Rəng seçimimin xüsusi bir anlamı yoxdur. Bu, sadəcə olaraq ürəyimdən gələn duyğuların ifadəsidir. Mən hər rəngdə əsər işləyə bilərəm. Əsas budur ki, yaratdığım rəsmlər mənim özümü ifadə etsin". 

Əbülfəz Fərəcoğlu 1956-cı ildə Naxçıvanda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu biritirb. 1982-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə Beynəlxalq Plastik Sənətlər Birliyinə üzv seçilib.

Rəssamlığa marağı hələ kiçik yaşlarında yaranıb. Müxtəlif janrlarda işlədiyi əsərlər Azərbaycanla yanaşı, dünyanın bir çox olkələrində, Amerika Birləşmiş Ştatları, Yaponya, Danimarka, Almaniya, Bolqarıstan, Fransa, Polşa, Rusiya, Ukrayna, Turkiyə, İtaliya, Belçika, İngiltərə, Avstralya, Çin və İranda kecirilən qarışıq sərgilərdə həm qrafika, həm də rəngkarlıqəsərləri ilə nümayiş etdirilib.

Xatırladaq ki, mayın 16-dək davam edəcək sərginin baş sponsoru "PALMALI" şirkətlər qrupudur.