42 rusiyalıya və 21 təşkilata qarşı sanksiya!

42-rusiyaliya-ve-21-teskilata-qarsi-sanksiya
Oxunma sayı: 1472

Kanada hökuməti 42 fiziki və 21 rusiyalı hüquqi şəxsə sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada XİN məlumat verib.

Bildirilib ki, idman gimnastikası üzrə olimpiya çempionu və "Yunarmiya" uşaq-gənclər hərbi-vətənpərvərlik hərəkatının baş qərargah rəisi Nikita Nagorny, "Valdai" klubunun icraçı direktoru Nadejda Lavrentyeva, "Yaradıcı diplomatiya" ictimai təşəbbüslərə dəstək və İnkişaf Mərkəzinin təsisçisi və prezidenti Natalya Burlinova, vahid Rusiyanın "Gənc Qvardiyası"nın sədri Anton Demidov sanksiyalara məruz qalıblar.