46 yaşlı qadın dəm qazından öldü

46-yasli-qadin-dem-qazindan-oldu
Oxunma sayı: 2191

Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, martın 21-i saat 19 radələrində 1979-cu il təvəllüdlü Gülövşə Şaban qızı Maxsudova yaşadığı H.Əliyev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.