48 nəfəri aldadaraq pul alan şəxs tutuldu

48-neferi-aldadaraq-pul-alan-sexs-tutuldu
Oxunma sayı: 2255

50-yə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər very ki, Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə 3 nəfər şəxsi dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən Ceyhun Bədəlov saxlanılıb. Onun müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi, daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə Respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir.

C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə məhkum olunub.