6 ay əvvəl o “Xaqocan”ı tutdurmuşdu, indi “Xaqocan” onu...

6-ay-evvel-o-xaqocani-tutdurmusdu-indi-xaqocan-onu
Oxunma sayı: 4417

TikTok-da “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynovu təhqir edən şəxs həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, X.Hüseynov Azər Əmirov adlı şəxsin onu sosial şəbəkədə təhqir eməsi ilə bağlı polisə şikayət edib.

A.Əmirov saxlanılaraq şöbəyə gətirilib. İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi əsasında protokol tərtib edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova A.Əmirov barəsində 10 sutka inzibati həbs qərarı verib.

Qeyd edək ki, bu ilin mayında A.Əmirovun şikayəti əsasında “Xaqocan” 10 sutka həbs edilmişdi.