“İranla sülh sazişi olacaq, əgər qəbul etməsələr...”

iranla-sulh-sazisi-olacaq-eger-qebul-etmeseler
Oxunma sayı: 732

“İranla sülh sazişi olacaq, bu, mütləq baş verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu “ABC News”a açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

O, İranla bağlı mümkün sülh sazişinin əldə olunacağına inandığını bildirib və prosesin gec-tez reallaşacağını vurğulayıb.

Tramp İranın atəşkəsi “ciddi şəkildə pozduğunu” desə də, sülh razılaşmasına ümidli olduğunu qeyd edib.

“Bu baş verəcək. Bu və ya digər şəkildə. Asan və ya çətin şəkildə. Bu baş verəcək”, – deyə o bildirib.

Tramp həmçinin ABŞ nümayəndə heyətinin sülh danışıqları üçün sabah axşam İslamabada yola düşəcəyini açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqton tərəfi ədalətli və məqbul hesab etdiyi bir razılaşma təklif edir və İranın bunu qəbul edəcəyinə ümid edir.

ABŞ Prezidenti xəbərdarlıq tonunda bildirib ki, əgər razılaşma əldə olunmasa, ABŞ İranın infrastrukturuna qarşı sərt addımlar ata bilər.

“Əgər qəbul etməsələr, ABŞ İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü yerlə-yeksan edəcək”, – Tramp qeyd edib.