Nərimanın komandası uduzdu

nerimanin-komandasi-uduzdu
Oxunma sayı: 359

ABŞ-də MLS liqasının Şərq Konfransının 8-ci turunun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı “Kolumbus Kru” səfərdə “Nyu-Enqland Revolyuşn”a 1:2 hesabı ilə məğlub olub.

Nəriman meydana 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra daxil olub.

“Kolumbus Kru” hazırda turnir cədvəlində 6 xalla 12-ci pillədədir.