Azyaşlı səhlənkarlığın qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün rayonun Muradxan kəndində 2008-ci il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurub. Azyaşlı hadisə yerindəcə keçinib.
Bildirilir ki, 6 yaşlı M.Dünyamalıyav uşaqlarla həyətdən keçən su kanalında çimirmiş. Həmin vaxt o, həyətdəki nar ağacına çıxıb və ehtiyatsızlıqdan ağacın üstündən keçən və su motoru üçün nəzərdə tutulmuş elektrik naqilinə toxunub.
Son xəbərlər
Son Xəbərlər