ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı prosesi davam edir.
“Qafqazinfo” xəbər verir ki, 28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə daxil olub.
Təxliyə olunanlar arasında xarici ölkə vətəndaşları da var. Belə ki, 3 nəfər Banqladeş, 3 nəfər Qətər, 1 nəfər Pakistan, 1 nəfər İtaliya və 5 nəfər Tacikistan vətəndaşı Azərbaycan ərazisinə təxliyə olunub.
Bundan əlavə, diplomatik nümayəndəliklərin əməkdaşları da təxliyə edilib.
18 nəfər Səudiyyə Ərəbistanı səfirliyinin, eləcə də İordaniya səfirliyinin 4 nümayəndəsi Astara sərhəd-keçid məntəqəsindən Azərbaycan tərəfinə keçib. İordaniyanın Azərbaycandakı səfiri Əşrəf Khasawneh bildirib:“Azərbaycan dövlətinə təşəkkür edirəm. Azərbaycanı çox sevirəm. İnanıram ki, növbəti dəfə bu ölkəyə turist kimi gələcəyik.”
Qeyd edək ki, təxliyə prosesi Astara keçid-buraxılış məntəqəsində müvafiq dövlət qurumları tərəfindən təxliyə olunan şəxslər üçün zəruri şərait yaradılıb və proses koordinasiyalı şəkildə davam etdirilir. Təxliyə olunanlar ayrılan avtobuslarla bakı şəhərinə ödənişsiz daşınır.
Surxay Şahbazov



Son xəbərlər
Son Xəbərlər