62 məhkəmə işində barışıq oldu - - Azərbaycanda + Foto

62-mehkeme-isinde-barisiq-oldu-
Oxunma sayı: 1670


“Qafqazinfo” xəbər verir ki, ötən üç il ərzində Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş işlərdən  62-si məhkəmə proseslərində iştirak etmək üçün məhkəməyə gələn  insanlarda Barışıq Skamyasının yaratdığı barışıq təəssüratı nəticəsində tərəflər arasında barışıq sazişinin bağlanması ilə nəticələnib.

Xatırladaq ki, 10 iyun 2011-ci il tarixdə  Bakı Apellyasiya Məhkəməsinin  Məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan Barışıq Skamyası qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır. Barışıq tərəflərin hüququdur və məhkəmə prosesinin istənilən mərhələsində mümkündür.

Elçin Əhliman