65 yaş qadağası deputatlara şamil edilməyəcək

65-yas-qadagasi-deputatlara-samil-edilmeyecek
Oxunma sayı: 3085

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir. 

"Qafqazinfo"nun məlumatına görə, dəyişikliyə əsasən, ölkədə elan edilən xüsusi karantin rejiminin Milli Məclisin fəaliyyətinə aidiyyatı olmayacaq. Belə olan halda, yaşı 65-dən yuxarı olan deputatlar da iclaslarda iştirak edə biləcək.

Həmçinin "Komitələr haqqında" və " Milli Məclisin statusu haqqında" qanunlara dəyişiklik edilməsi təklif də olunur. Hər iki layihə təklif edilən dəyişikliyə görə, parlamentin 42 deputatının tələbi ilə həm komitə, həm də plenar iclaslar online şəkildə keçirilə bilər. 

Qeyd edək ki, təklif edilən dəyişikliklər martın 30-da keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

Günel Türksoy