7 aylıq hamilə qadın öldü - Yenilənib

7-ayliq-hamile-qadin-oldu
Oxunma sayı: 3043

Masallıda 7 aylıq hamilə qadın vəfat edib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 29-u saat 07 radələrində qeydə alınıb.

Belə ki, Yardımlının Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyi ilə əlaqədar Masallıdakı xəstəxanaya aparılarkən ölüb. 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, sentyabrın 29-u saat 07:00 radələrində 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib. 

Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib.

Aslan Vəliyev