714 nəfər sağaldı, 318 nəfərdə koronavirus aşkarlandı

714 nəfər sağaldı, 318 nəfərdə koronavirus aşkarlandı
Oxunma sayı: 6881

Azərbaycanda koronavirus infeksiyasına 318  yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548-dir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi