Gəncə şəhərində 78 yaşlı qadın dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə 1943-cü il təvəllüdlü şəhər sakini Rahilə Səidova yaşadığı evin hamamında çimən zaman baş verib.
Dəm qazından zəhərlənən qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Amin Nəzərli
Son xəbərlər
Son Xəbərlər