8 Noyabr prospektində ağır qəza - Video

8-noyabr-prospektinde-agir-qeza
Oxunma sayı: 5286

Bu gün Xətai rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr prospektində (“Nargilə” kafesinin yaxınlığı) “Chevrolet Cruze” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq 2 avtomobilə çırpılıb.

“Mercedes” və BMW markalı digər avtomomobillərə çırpılan maşının sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerində polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib.

Qəzadan sonra çəkilən görüntüləri təqdim edirik.