82 yaşlı qadın yanğında öldü

82-yasli-qadin-yanginda-oldu
Oxunma sayı: 1539

Oğuzda yanğın hadisəsi baş verib. 

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında, rayonun Şirvanlı kəndində qeydə alınıb. 

Yaşayış evlərindən birinin yanması nəticəsində orada yaşayan 1940-cı il təvəllüdlü Əhmədova Həcər Yusif qızı yanaraq ölüb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.