86 yaşlı kişi dəm qazından öldü, arvadının vəziyyəti ağırdır

86-yasli-kisi-dem-qazindan-oldu-arvadinin-veziyyeti-agirdir
Oxunma sayı: 1336

Gədəbəydə dəm qazından zəhərlənmə olub.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Söyüdlü kənd sakini, 86 yaşlı Nəcəf İsmayılov və onun həyat yoldaşı, 84 yaşlı Müşkinaz Pirverdiyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Hadisə zamanı Nəcəf İsmayılov ölüb, arvadı isə xəstəxanaya yerləşdiriblər. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli