9 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşdü

9-taxil-yuklu-gemi-ukrayna-limanlarindan-yola-dusdu
Oxunma sayı: 755

Taxıl daşınması çərçivəsində daha 9 gəmi Ukraynadan yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada, “Ukrayna limanlarında taxıl daşınması təhlükəsiz şəkildə davam edir. Bu gün 9 gəmi Ukrayna limanlarından taxıl yüklü şəkildə yola düşüb”, qeyd olunub.