99-cu gündə 3 saat... - Şuşadan videoreportaj

99-cu-gunde-3-saat
Oxunma sayı: 5657

Xəbər verdiyimiz kimi, bu gün Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbilə aksiya keçirən ekofəallar üçün Novruz bayramı ilə əlaqədar şənlik təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, aksiyanın 99-cu gününə təsadüf edən şənlik 3 saat davam edib.

Bayram tonqalının yandırılması ilə başlayan tədbirdə gənclər DJ Kənanın müşayiəti ilə əyləniblər. Bundan başqa, şənlik iştirakçıları milli mətbəximizdən təamlara qonaq olublar. 

Novruz şənliyinin gedişində Rusiya sülhməramlılarına məxsus avtomobillər  dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edib. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, sabah da aksiya iştirakçıları üçün Novruz şənliyi davam etdiriləcək. Bayram münasibətilə təşkil olunacaq konsert proqramında Xalq artisti Röya Ayxan, müğənnilər Hiss, Nuri Sərinləndirici çıxış edəcəklər. Həmçinin bayram günü aş qazanları asılacaq.

Emin Səfərov
Video: Pərvin Zeynal