ABL-də 9-cu turun oyunları keçirilir

abl-de-9-cu-turun-oyunlari-kecirilir
Oxunma sayı: 1195

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan günün ilk oyununda "Neftçi" və "Sərhədçi" üz-üzə gəlib. 

Bu görüşdə "Neftçi" 88-86 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Neftçi" (Toraje Breyk - 25 xal, 14 asist), "Sərhədçi" (Brendon Miller - 29 xal, 11 asist).

Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış "Xəzri" və "Sabah" komandaları qarşılaşıblar. Gərgin oyunun yekununda 84-80 hesabı ilə sevinən tərəf "Sabah" olub. Ən məhsuldar basketbolçular: "Xəzri" (Amil Həmzəyev - 17 xal, 5 ribaund ), "Sabah" (Mayk Holton - 18 xal, 4 asist).