Türkiyə ilə Rusiya arasında məsləhətləşmələr aparılacaq

turkiye-ile-rusiya-arasinda-meslehetlesmeler-aparilacaq
Oxunma sayı: 1611

Yaxın vaxtlarda Moskva və Ankara çoxtərəfli məsələlər, o cümlədən BMT-nin gündəliyindəki məsələlər üzrə məsləhətləşmələr aparacaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu, BMT-nin gündəliyindəki çoxtərəfli məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu olacaq”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edilib ki, Rusiya daxili işlər nazirinin müavini Sergey Verşinin məsləhətləşmələr üçün mayın 2-də Türkiyənin İstanbul şəhərinə gedəcək.