Qazaxıstanlı nazir işdən çıxarıldı

qazaxistanli-nazir-isden-cixarildi
Oxunma sayı: 2532

Qazaxıstanın rəqəmsal inkişaf naziri Bagdat Musin tutduğu vəzifədən uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə respublika prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Bagdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Bagdat Musin 2020-ci il sentyabrın 2-də nazir təyin olunub.