İndoneziyada zəlzələ oldu

indoneziyada-zelzele-oldu
Oxunma sayı: 986

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 101 min nəfər əhalisi olan Ternate şəhərindən 181 km şimal-qərbdə yerləşib.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.