Tbilisidəki aksiyada saxlanılanlar var - Yenilənib

tbilisideki-aksiyada-saxlanilanlar-var
Oxunma sayı: 1215

Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı növbəti mitinq başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament qarşısında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar.

Nəşr qeyd edir ki, polis və xüsusi təyinatlılar etirazçıları parlament binasının arxa hissəsindən uzaqlaşdırmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə edirlər.

***

TASS-ın müxbiri hadisə yerindən xəbər verir ki, xüsusi təyinatlılar, eləcə də polis qüvvələri Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Bildirilib ki, etirazçıların kütləvi həbsləri başlayıb.